Kuroda: Siyasətin dəyişməsi üçün tezdir

06 Fevral 2018

Haruhiko Kuroda yaxın zamanda faiz artımı gözləntilərini təkzib edib.

Kuroda: Siyasətin dəyişməsi üçün tezdir

Yaponiya Mərkəzi Bankının (ing.: "BoJ") sədri Haruhiko Kuroda çərşənbə axşamı Yaponiyada iqtisadi gözləntilərin yaxşılaşmasına baxmayaraq, inflyasiyanın çox aşağı olduğunu bildirib. "Bunu əsas gətirərək, gələcəkdə imkanları geniş tutmaq üçün moentar siyasəti vaxtından tez dəyişmək olmaz", deyə sədr əlavə edib. 


Parlamentdə siyasətini müdafiə edən sədr, inflyasiyanın heç bir faizə belə çatmadığını vurğulayıb. 


Qeyd etmək lazımdır ki, Kuroda USD/JPY məzənnəsinin bazar ertəsi Amerika sessiyasında sürətlə ucuzlaşdığı bir şəraitdə danışıb. Ucuzlaşma bu gün Asiya sessiyasında 108.45 yenə kimi davam etdikdən sonra 109.31 yenə kimi bahalaşıb.