Kuroda: Yumşaq monetar siyasətə davam edirik

15 Mart 2019

Dünya birjalarında investorların diqqət mərkəzində olan Yaponiya bank sədrinin çıxışında, iqtisadiyyatın dəstəyə ehtiyac olduğu bir daha vurğulanıb.

Kuroda: Yumşaq monetar siyasətə davam edirik

Bu gün uçot faiz dərəcəsini mənfi 0.10%-də saxlanılması ilə bağlı qərarın açıqlanmasından sonra Yaponiya mərkəzi bankının mətbuat konfransında danışan Haruhiko Kuroda, iqtisadiyyata dəstək olmaq üçün cari siyasətlərinə davam edəcəklərini bildirib. 


Tokyoda təşkil edilən Yaponiya mərkəzi bankının mətbuat konfransında çıxış edən sədr bildirib ki, iqtisadiyyatda daxili bazar mülayim olaraq qalır. Lakin qlobal zəifləmənin istehsal və ixraca təsirləri qalmaqdadır və təsirlərin davam edəcəyi proqnozlaşdırılır. 


Bununla yanaşı, iqtisadi inkişaf orta səviyyədə davam etməkdədir və bank inflyasiya hədəfini 2%-də saxlayır, cari pul-kredit siyasətinə davam etmək niyyətindədir. 


Qeyd etmək lazımdır ki, sonuncu dəfə maliyyə naziri Aso ölkədə aşağı inflyasiyadan vətəndşların əziyyət çəkmədiyini əsas gətirərək, bankın inflyasiya hədəfində adekvat davrana biləcəyini təklif etmişdi. Bu, bankın cari yumşaq monetar siyasətini dayandırmasına səbəb ola bilərdi.