Kuroda: Yumşaq siyasət daha da genişləndirilə bilər

09 Mart 2018

Yaponiya Mərkəzi Bankı inflyasiya hədəflərinə çata biləcəklərini bildirsə də, yumşaq siyasətin sonuna hazırlıq fonunda tələsmək niyyəti yoxdur.

Kuroda: Yumşaq siyasət daha da genişləndirilə bilər

Yaponiya Mərkəzi Bankının (ing.: "BoJ") sədri Haruhiko Kuroda cümə günü faiz qərarı açıqlamasından sonra mətbuat konfransında çıxış edib. Sədr iki faizlik inflyasiyaya çatana kimi yumşaq monetar siyasətlərinə davam edəcəklərini bildirib. İstehlak qiymətləri indeksinin iki faizə çatacağını gözləyən Kuroda, artımın qorunması üçün lazım olan dəyişiklikləri də edə biləcəklərini əlavə edib. 


Yaponiya iqtisadiyyatı son beş il ərzində inkişaf etməkdədir və özəl sektorda gəlirlər yüksəlib. Bununla yanaşı, "BoJ" inflyasiyanın da hədəfə çatana kimi istiqraz alışı proqramı ilə gəlirliliyi nəzarət altında saxlamağa çalışır. 2019-ci ildə isə inflyasiyanın artıq iki faizə çatacağı ehtimalları da güclənib. 


Yaponiya Bankı faiz qərarı ilə bağlı son iki günlük toplantısı ərzində gəlirliliyin tənzimlənməsi ehtiyacı ilə bağlı müzakirə etməyib, lakin istiqraz alışı proqramı lazım olarsa, genişləndirilə bilər. 


Faiz qərarından sonra dünya birjalarında USD/JPY məzənnəsi 106.94 yenə kimi 0.7% bahalaşıb. Bank uçot faiz dərəcəsini mənfi 0.1% səviyyəsində saxlayıb.