Kurodanın çıxışı və USD/JPY məzənnəsində 111.48 dəstəyi

15 Mart 2019

Foreks bazarlarında dolların yenə nisbətən məzənnəsinin Kurodanın çıxışından sonra 111.48 yenin üzərində möhkəmlənməyə çalışması diqqət mərkəzində.

Kurodanın çıxışı və USD/JPY məzənnəsində 111.48 dəstəyi

USD/JPY məzənnəsinin 111.46 yenin üzərində möhkəmlənməsi investorların diqqət mərkəzindədir.


Yaponiyanın baş naziri Asonun mart ayının 12-də Yaponiya mərkəzi bankının inflyasiya hədəfini bir daha gözdən keçirməsini təklif etməsindən sonra USD/JPY məzənnəsi 111.46 səviyyəsində müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlamışdı. 


Lakin bu gün Yaponiya mərkəzi bank sədrinin inflyasiya hədəflərinin 2%-də saxlanılmasının və ölkə iqtisadiyyatına maliyyə dəstəyinin davam etdirilməsinin önəmliyini vurğulaması, USD/JPY məzənnəsində son günlərin yüksək dalğalanması fonunda 111.48 yendə dəstək görərək, bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, Dollar/Yen məzənnəsində günün müqavimət səviyyəsi (111.90 yen) yuxarı istiqamətdə qırılarsa, qiymət 112.13 yenə kimi də bahalaşa bilər.