"Labour" II Breksit refendumu ilə AB-də qalmaq istəyir

09 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında Böyük Britaniyada Breksitin ləğvi ehtimallarını artıra biləcək xəbərlər investorların diqqət mərkəzində.

"Labour" II Breksit refendumu ilə AB-də qalmaq istəyir

Böyük Britaniyanın "Labour" partiyasının sədri Ceremi Korbin gələcək mühafizəkar baş naziri ikinci Breksit referendumuna dəvət edib. Müxalif partiyanın üzvlərinə yazılan yazıda Korbin çərşənbə axşamı, belə vəziyyətdə Avropa birliyində (AB) qalmağın tərəfdarı kimi çıxış edəcəklərini bildirib. 


Bu addım ciddi istiqamət dəyişikliyi sayılır. Korbin həmişə ikinci referendumun və Böyük Britaniyanın AB-dən ayrılmasının tərəfdarı olub. Lakin o, Brüssel ilə sıx əlaqələri saxlamağın da tərəfdarı olub. Bu mövqeyindən uzaqlaşmasa da partiya daxilində Avropa yönümlü üzvlərin getdikcə artan təzyiqləti ilə qarşılaşmaqdadır. Beləliklə, "Labour" partiyası da mühafizəkar "Tory" partiyası kimi Breksit mövzusunda parçalanmış vəziyyətdədir. 


Qeyd etmək lazımdır ki, "Tory" partiyasında sədr seçimi fonunda mübarizə iyul ayının 23-ünə kimi davam edəcəkdir. Boris Conson ilə Ceremi Hant arasında rəqabətdə Consin favorit hesab edilir.