Laqard: Avropanın yeni siyasətə ehtiyacı var

22 Noyabr 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən AMB sədrinin çıxışı güclü volatilliyə səbəb olub.

Laqard: Avropanın yeni siyasətə ehtiyacı var

Avropa Mərkəzi Bankının yeni sədri Laqard cümə günü verdiyi açıqlamasında, bankın hədəflərinə digər siyasətlərin köməyi ilə daha tez çatacağını bildirib.

Avropada iqtisadiyyatına dəstək olmaq istiqamətində maliyyə siyasətinin alətlərdən birinin olduğunu deyən Laqard, Avropanın yeni bir siyasətə ehtiyac olduğunu əlavə edib. 

Avropa xüsusilə, rəqəmsal sahədə ABŞ-dan geri qalır və bu sahələrdə investisiyalar və əmək bazarı genişləndirilməlidir: "İnnovativ şirkətlər lazımdır. Bu, gələcəyin iqtisadiyyatıdır".  

Sədrin çıxışından sonra EUR/USD məzənnəsi bahalaşaraq, 1.1087$ ilə günün maksimumunu yeniləyib.