Laqard: Dövlətdən istiqraz alışı mümkün deyildir

22 Aprel 2020

Avropa Birliyi sazişi AMB-nin dövlət borc kağızlarının ilkin bazarda alışının büdcə siyasətinə mənfi təsir etməsinə səbəb olur.

Laqard: Dövlətdən istiqraz alışı mümkün deyildir

Avropa Mərkəzi Bankının sədri Kristin Laqard dövlət istiqrazlarının birbaşa hökümətlərdən alınmasını hüququ cəhətdən problemli olduğunu açıqlayıb. Sədrin çərşənbə günü yayımlanan Avropa parlamentinin deputatına yazdığı məktubunda, Avropa Birliyi sazişinin dövlətlərdən sağlam büdcə siyasətini tələb etdiyi vurğulanıb. Saziş dövlət qiymətli kağızlarının ilkin bazarda alışının büdcə siyasətinlərinə mənfi təsir etməsinə səbəb olur. Bu səbəbdən də AMB 2015-ci ildən dövriyyədə olan istiqraz alışı proqramı sayəsində, dövlət borc kağızlarını yalnız təkrar bazara çıxarılarkən əldə edilib. 

Bununla yanaşı, Laqard digər bir məktubunda AMB-nin bugünə kimi "Vertolyot pulu" haqqında müzakirələr aparılmadığını və bu səbəbdən də bu haqda mövqe sərgiləmədiyini dilə gətirib. Vətəndaşlara bucür pul paylanması monetar siyasətdə ən son imkan kimi qiymətləndirilir. 

Qeyd etmək lazımdır ki, vertolyotdan atılan pul şəkili tanınmış Amerikalı iqtisadçı Milton Fridmen tərəfindən 1969-ci ildə təqdim edilib.