Laqard: İqtisadiyyata dəstəyi gücləndirmək lazımdır

04 Sentyabr 2019

Kristin Laqard dünya birjalarında AMB-nin gələcəkdə yumşaq monetar siyasətini genişləndirəcəyi ehtimallarını artırıb.

Laqard: İqtisadiyyata dəstəyi gücləndirmək lazımdır

Avropa Mərkəzi Bankının (AMB) gələcək sədri Kristin Laqard Avropa Parlamentinin iqtisadiyyat və valyuta komitəsi qarşısında çıxışı zamanı davam edən aşağı inflyasiya şəraitində "uzun müddətli yüksək dərəcəli iqtisadiyyata dəstək verən pul siyasətinə ehtiyac olduğunu" bildirib. 

AMB bununla bərabər mövcud siyasətinin mənfi təsirlərini də diqqət mərkəzində saxlamalıdır və bunun üçün monetar şərtlərin yoxlanılmasına da ehtiyac vardır. 

Laqard Avropa Birliyində kapital bazarlarının dərinləşməsi və güclü inteqrasiyası üçün Kapital Bazarı Birliyinin tamamlanmasını da tələb edir. 

Qeyd etmək lazımdır ki, Laqardın noyabrın 1-də AMB-yə sədrlik etməsi gözlənilir və yumşaq monetar siyasətin müdafiəçisidir.