Laqarde: ABŞ ilə Çin arasında böhran ciddidir

07 May 2019

Berynəlxalq maliyyə bazarlarında son günlər gündəmi zəbt edən ABŞ ilə Çin münasibətlərin pozulması xəbərlərini BVF sədri də şərh edib.

Laqarde: ABŞ ilə Çin arasında böhran ciddidir

Beynəlxalq valyuta fondunun (BVF) sədri Kristin Laqarde ABŞ ilə Çin arasında ticarət böhranının yenidən dərinləşməsini "Dünya iqtisadiyyatı üçün təhdid" kimi görür. "Biz qarşılıqlı ittihamların azaldığını, münasibətlərin yaxşılaşdığını və sazişin razılaşdırılacağının şahidi olacağımızı düşünürdük", deyə Laqarde çərşənbə axşamı Parisdə mediaya açıqlamasında danışıb. Bunun baş verəcəyi ümidlərinin də yaşadığı bir vaxtda, tvit və şərhlər bunun əksini göstərir.