Laqard: Dünya iqtisadiyyatı həssas səviyyəsinə çatıb

02 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında BVF sədri Kristin Laqard dünya iqtisadiyyatına mənfi təsir edə biləcək risklər fonunda xəbərdarlıq edib.

Laqard: Dünya iqtisadiyyatı həssas səviyyəsinə çatıb

Beynəlxalq valyuta fondunun (BVF) sədri Kristin Laqard dünya iqtisadiyyatını həssas dövrünü yaşadığını bildirib. Vaşinqtonda çərşənbə axşamı çıxış edən Laqard iqtisadi inkişaf dinamikasının ticarət münasibətlərinin pozulması, Breksit qeyri-müəyyənliyi və maliyyə bazarlarında riskli tendensiyalar fonunda zəifləməkdə davam etdiyini bildirib. Digər tərəfdən isə Amerika mərkəzi bankının səbrli monetar siyasəti və Çin mərkəzi bankının dəstəkləyici pul-kredit siyasəti 2019-2020-ci illər ərzində iqtisadiyyata müsbət təsir edəcəyi proqnozlaşdırılır. 


Beləliklə, BVF ABŞ ilə Çin arasında ticarət böhranının dərinləşməsi fonunda xəbərdarlıq edib və bunun ABŞ-da iqtisadi potensialın 0.6%, Çində isə 1.5% azalmasına təsir edə biləcəyini vurğulayıb. 


Bununla yanaşı, Laqarde trans milli şirkətlərin vergiyə cəlb olunmasında beynəlxalq standartların tətbiqini dəstəklədiklərini əlavə edib. 


Dünya iqtisadiyyatının 70%-nin zəifləyə biləcəyini bildirən sədr, böhranın ola biləcəyi narahatlığına ehtiyac olmadığını da deyib.