Le Mer: ABŞ ilə Fransa yaxın zamanda razılaşa bilər

23 Yanvar 2020

Fransanın maliyyə naziri ABŞ ilə rəqəmsal vergi mövzusunda müzakirələr aparmağa yaxınlaşdıqlarını bildirib.

Le Mer: ABŞ ilə Fransa yaxın zamanda razılaşa bilər

Röyters (ing.: "Reuters") ilə müsahibəsində Fransanın maliyyə naziri Bruno Le Mer ABŞ ilə rəqəmsal vergi mövzusunda müzakirələr aparmağa yaxınlaşdıqlarını bildirib. 

Rəqəmsal vergiyə dair təkliflər ətrafında seçim həlləri istəmədiyini deyən Le Mer, Amerika ilə düzgün istiqamətdə davam etdiklərini bildirib. 

Breksit mövzusuna da toxunan nazir, İngiltərə ilə Avropa Birliyinə (AB) zərər verə biləcək razılaşmanın qarşısını alacaqlarını vurğulayıb. Lakin hər iki tərəf razılaşmanın əldə olunacağına dair nikbinlik var. 

Qeyd etmək lazımdır ki, AB cümə günü ABŞ-ın Fransaya rəqəmsal vergi qaydaları ilə əlaqədar olaraq sanksiya qərarı verəcəyi təqdirdə cavab tədbirləri görəcəyini açıqlamışdı.