Lirə 1% ucuzlaşdı və daha da ucuzlaşa bilər

07 Fevral 2019

USD/TRY məzənnəsinin günün müqavimət səviyyəsini qıraraq bahalaşması, daha da bahalaşa biləcəyi proqnozlarını gücləndirib.

Lirə 1% ucuzlaşdı və daha da ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsində bahalaşma cari həftənin önəmli müqavimət səviyyələrinin qırılması ilə daha da güclənib. Türkiyə iqtisadiyyatında, xüsusilə də inflyasiya dair risklər və dünya birjalarında dolların bahalaşması, lirəyə qarşı da təzyiqləri aktual saxlayır. 


Dollar/Lirə valyuta cütlüyünün qiyməti 5.2408TL-ni yuxarı istiqamətdə qırmaqla, Asiya sessiyasında başlatdığı artım dalğasını artıq 5.2668TL-yə kimi davam etdirib. 


Təhlillərə əsasən, USD/TRY məzənnəsinin cari səviyyələrdə müqavimətlə rastlaşacağı ehtimal edilir. Qiymət bundan sonra günün maksimum səviyyəsi üzərində möhkəmlənərsə, 5.2845 və 5.3136TL-yə kimi də bahalaşa bilər.