Lirə 6.09TL-yə kimi ucuzlaşdı

14 May 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Lirə məzənnəsi yenidən bahalaşaraq, 6.09TL-nin üzərində ticarət edilməkdədir.

Lirə 6.09TL-yə kimi ucuzlaşdı

Beynəlxalq maliyyə bazarlarında USD/TRY məzənnəsində artıq səhər saatlarından etibarən aktivlik müşahidə olunur və qiymət yenidən 6.00 TL həddin üzərinə qalxaraq, 6.09 TL həddlərində ticarət olunur. Qiymət 6.10 səviyyəsinin üzərində möhkəmlənərsə, qiymətin 6.15200 TL, 6.19800TL və 6.24 TL həddlərinədək bahalaşma ehtimalları yaranır.


6.06400TL həddini aşağıya doğru qırarsa, 6.03900TL həddini test edə bilər.