Lirə artan risklər səbəbilə ucuzlaşa bilər

17 İyun 2019

S-400 haqqında Türkiyədən gələn açıqlamalar ilə bazarlarda razılıq gözləmələri də gedərək azaldı və lirənin dünya bazarlarında ucuzlaşmasına səbəb oldu.

Lirə artan risklər səbəbilə ucuzlaşa bilər

S-400 haqqında Türkiyədən gələn açıqlamalar ilə bazarlarda razılıq gözləmələri də gedərək azaldı. Xarici İşlər naziri Çavuşoğlunun "ABŞ bizə qarşı addımlar atarsa, bizim də atacağımız addımlar var, qarşılığını verərik" açıqlamasından sonra tərəflərin geri addım atmayacağı ehtimalları lirənin dünya bazarlarında ucuzlaşmasına səbəb oldu.


13 iyunda 5,90 səviyyəsinə yüksələn USD/TRY cütlüyü həftənin son ticarət günündə 5,93-ə qədər bahalaşdı.


Qlobal qiymətlərdən asılı olmayan S-400 məsələsi səbəbiylə yeni həftədə İstanbul seçkilərinin də təsiri ilə volatilliyin davam etməsi gözlənilir.


Həftə ərzində hesabatımızda göstərdiyimiz 5.87 müqavimətini keçən məzənnədə ən yaxın müqavimət olaraq həddi olaraq 6.0 çıxış edir. Enişlər zamanı 5.87 səviyyəsinin saxlanması ilə alışlar 6.09 müqavimətinə doğru davam edə bilər.


S-400 mövzusunda təzyiqlərin artmasıyla USDTRY cütlüyündə də  yüksək aktivlik yaşana bilər. Daha öncə də şahid olduğumuz kimi belə sərt hərəkətliliklər zamanı texniki səviyyələr əhəmiyyətini itirməsi mümkündür. Bu səbəblə də orta qiymət dəyişimini nəzərə alaraq qiymət koridorunu izləmək tövsiyyə olunandır. USDTRY cütlüyü 5.87-nin üzərində  möhkəmlənərsə, 6,22 müqavimət həddinə doğru mərhələli olaraq 6,0-6,09 səviyyələri; 5,87 altında isə mərhələli olaraq 5,75-5,64 səviyyələri ən yaxın koridor hədləri kimi çıxış edir.