Lirə bahalaşır, Avroda korreksiya, Qızıl ucuzlaşır

30 Oktyabr 2018

Dünya birjalarında dolların qiymətlərində volatilliyin azalması, lirənin bahalaşmasına, avronun isə korreksiyasına səbəb olur. Qızıl isə ucuzlaşır.

Lirə bahalaşır, Avroda korreksiya, Qızıl ucuzlaşır

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsində korreksiyanın şahidi oluruq. Lakin məzənnə 1.14$-ın altında ticarət edildikcə, 1.13$-a kimi da ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.


Türkiyə maliyyə bazarlarında isə dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma dinamikasının zəifləməsi, USD/TRY məzənnəsinin 5.55TL-yə kimi ucuzlaşmasına səbəb olub və 5.50TL-ni də aşağı istiqamətdə qırarsa, 5.43TL-yə kimi də ucuzlaşa bilər.


Əlvan metallar bazarlarında qızılın qiyməti ucuzlaşaraq 1227$-a ticarət edilir və 1224$-ı da aşağı istiqamətdə qırarsa, 1211$-a kimi də ucuzlaşa bilər. ABŞ-da inflyasiyanın azalması və Amerika Mərkəzi Bankının (FED) faiz artımı siyasəti qızıl qiymətlərinin ucuzlaşmasına təsir edən əsas amillərdir. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00 və saat 18:00-da müvafiq olaraq açıqlanacaq Avrozonanın inflyasiya və ABŞ-ın istehlak bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.