Lirə bahalaşsa da təzyiqlərin olması da gündəmdədir

15 Fevral 2019

Foreks bazarlarında lirədə bahalaşmasının 5.24TL-yə kimi davam edə biləcəyi proqnozlaşdırılsa da ucuzlaşa biləcəyi proqnozları da diqqət mərkəzindədir.

Lirə bahalaşsa da təzyiqlərin olması da gündəmdədir

USD/TRY məzənnəsində Amerika sessiyasında müşahidə edilən ucuzlaşma, Avropa sessiyasında da 5.26TL-yə kimi davam edib. 


Ucuzlaşma daha çox dolların aparıcı valyutalara nisbətən qiymətlərinin foreks bazarlarında ucuzlaşması ilə əlaqələndirilir. Gün ərzində Türkiyə iqtisadiyyatına dair mənfi statistik göstəricilər açıqlanıb və fundamental amillər baxımından lirəyə qarşı təzyiqlər qalmaqdadır. 


Təhlillərə əsasən, dünya birjalarında 5.2722TL-yə ticarət edilən Dollar/Lirə məzənnəsi, 5.2578TL-ni aşağı istiqamətdə qırarsa, ucuzlaşma 5.2365TL-yə kimi dərinləşə bilər. 


Lakin "Ayılar" qiymətin cari səviyyələrdən güclü dəstək görə biləcəyi ehtimallarının da güclü olduğunu bilirlər.