Lirə daha da bahalaşdı

06 Noyabr 2018

Beynəlxalq valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən qiymətlərində aktivlik azalsa da, lirənin qiymətində bahalaşma davam edir.

Lirə daha da bahalaşdı

Beynəlxalq valyuta birjalarında cümə axşamı açıqlanacaq Amerika Mərkəzi Bankının (FED) faiz qərarı öncəsi zəif dalğalanma müşahidə edilməkdədir. Belə ki, avronun qiyməti 1.14$, funtun qiyməti isə 1.30$-a ticarət edilir.


Lakin Türkiyə maliyyə bazarlarında lirənin qiymətində bahalaşma davam etməkdədir. Artıq 5.30TL-yə təklif edilən USD/TRY məzənnəsi 5.35TL-nin altında qaldıqca, 5.18TL-yə kimi də ucuzlaşa bilər.


Bazar ertəsi Türkiyənin statistika idarəsinin açıqladığı rəsmi məlumatlarda da lirədə son günlər davam edən bahalaşmanın, inflyasiyanın aylıq müqayisədə azalmasına təsir edib. İllik müqayisədə isə son 15 ilin maksimum səviyyəsinə çatsa da burada da artım dinamikası zəifləyib. Məlumatlarda göstərilir ki, istehlak qiymətləri oktyabr ayında aylıq müqayisədə 2.7%, illik müqayisədə isə 25.2% olub. Sözügedən göstəricilər sentyabr ayında müvafiq olaraq 6.3% və 24.5% olmuşdur. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da və 19:00-da müvafiq olaraq açıqlanacaq Avrozonanın xidmət sektoru və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da volatilliyin artmasına təsir edə bilər.