Lirə təzyiq altında

18 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşdığı bir şəraitdə, USD/TRY məzənnəsində bahalaşma müşahidə edilməkdədir.

Lirə təzyiq altında

USD/TRY məzənnəsinin dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşdığı bir vaxtda bahalaşması müşahidə edilməkdədir.


Türkiyə iqtisadiyyatında inflyasiyanın yenidən arta biləcəyi və Avropa bazarlarında ixrac məhsullarına tələbin azala biləcəyi riskləri, lirəyə təzyiq edən əsas amillər arasındadır. Bununla yanaşı, belə bir vəziyyətdə Türkiyə Mərkəzi Bankının yüksək faizləri də investisiyaları maraqsız edir. 


Gün ərzində 5.3158TL-yə kimi bahalaşan Dollar/Lirə məzənnəsi, keçən həftənin müqavimət səviyyəsini (5.3233TL) yuxarı istimqatdə qırarsa, bahalaşma 0.7%-ə kimi də güclənə bilər.


Təhlillərə əsasən, USD/TRY məzənnəsi 5.3233TL-ni yuxarı istiqamətdə qırarsa, 5.3621TL-yə kimi də bahalaşa bilər.