Lirə ucuzlaşmaqda davam edir

07 May 2019

Beynəlxalq maliyyə bazarlarında Türkiyə daxilində və qlobal risklərin lirənin ucuzlaşmasını daha da sürətləndirməsi diqqət mərkəzindədir.

Lirə ucuzlaşmaqda davam edir

Türkiyədə ölkə daxilində risklərin davam etməsilə yanaşı beynəlxalq müstəvidə də risklərin artması səbəbilə USDTRY cütlüyü həftəyə 6,0000 səviyyələrini test edərək başladı. Bu valyuta cütlüyündə həm qısa, həm də orta müddətli tendensiyalar diqqəti çəkir. Orta və uzunmüddətli dövrdə yüksəliş meylini yavaşlatmaq üçün valyuta məzənnəsi 5.7000-5.5000 səviyyəsinə qədər geriləməli, qısa müddətdə isə ilk növbədə 5.8700-nin altında möhkəmlənməlidir. Ancaq mövcud hadisələr USDTRY cütlüyündə bahalaşmanın davam etməsinə səbəb ola bilər. 6.0000-6.0200 müqavimət həddi qırılarsa, artımlar 6.0900 və 6.2200 səviyyələrində davam edə bilər. 5,8700 dəstək həddinin qırılmaması artım meyllərini daha da aktual edir.