Lirə yenidən dəyər itirdi

08 İyul 2019

3 həftə ard-arda ucuzlaşan və həftəni 5.6280 səviyyəsində bağlayan USDTRY məzənnəsi, 2 artımla yeni həftəyə başladı.

Lirə yenidən dəyər itirdi

TCMB sədri Çətinqaya prezidentin fərmanı ilə vəzifədən alındı və müavini Murat Uysal onun yerini aldı. Bu qərarın ardından TL aktivləri həftəyə ucuzlaşma ilə başladı və BIST100 1,5% ucuzlaşdı.


Asiya sessiyasında ilk reaksiya olaraq USDTRY məzənnəsi 5.80TL-dən yuxarı qalxdı, ancaq son saatlarda 5.71 hədlərinə qədər ucuzlaşıb.


Faiz dərəcələri mövzusunda hökümətlə fikir ayrılığı səbəbilə Çətinqayanın vəzifədən uzaqlaşdırılması Mərkəzi Bankın 25 iyuldakı PPK toplantısında faiz endirimininə başlayacağı ehtimallarını artırdı.


Keçən həftə 200 günlük ortalama qiymət dəyişikliyi səviyyəsi olan 5,64TL-nin altına düşərək son 3 ayın minimum həddini test edən USDTRY cütlüyü cüma günü açıqlanan ABŞ-da məşğulluğa dair statistik rəqəmlərinin təsiri ilə  5,62 hədlərinin üstündə ticarət gününü yekunlaşdırdı.


USDTRY cütlüyündə 5,64 önəmli dəstək həddi hesab edilir. 100 gün davam edən hərəkətliliyin orta səviyyəsi olan  5.8150 ən yaxın müqavimət olaraq qəbul edilir. Günümüzün reboundundan sonra 5,8150 üzərində günlük bağlanış olmaması halında S-400 təslimatı və PPK toplantısı öncəsi üfüqi dalğalanma davam edə bilər. Ancaq dollar indeksinin məşğulluğa dair statistik rəqəmlərin açıqlanmasından sonra güclənməsi və FED-in faiz siyasətində ehtiyatlı davranacağına dair proqnozlar, dolların dönya birjalarında bahalaşmasına səbəb oldu. Həftə ərzində dollardaki bahalaşma ilə yanaşı Türkiyədə faiz endirimlərinə gediləcəyinə dair ehtimalların artması və ən vacibi S-400 mövzusunda sanksiya təhlükəsi bu valyuta cütlüyündə artımlara səbəb ola bilər. Artımlar davam edəcəyi təqdirdə ən yaxın müqavimət hədləri kimi 5,82 və 5,87 çıxış edir. 5,64 isə ən yaxın dəstək həddi kimi qeyd edilə bilər.