Lirə yenidən təzyiq altında

14 İyun 2019

Beynəlxalq valyuta birjalarında ABŞ ilə Türkiyə arasında siyasi münasibətlərin pozulması lirəyə qarşı təzyiqlərin artmasına səbəb olub.

Lirə yenidən təzyiq altında

Türkiyə lirəsi təzyiq altında qalmaqda davam edir. Beynəlxalq valyuta birjalarında səbəb kimi ABŞ ilə Türkiyə arasında siyasi münasibətlərin pozulmasıdır. 


Nato üzvü Türkiyənin ölkə ərazisində Rusiya istehsalı havadan müdafiə sistemlərini quraşdırması, Amerika ilə son dövrlərdə çox həssaslaşan münasibətlərin daha da gərginləşməsinə gətirib. 


ABŞ narahatdır ki, Türkiyənin əmrində iştirak edən döyüş təyyarələrinə aid gizli informasiyalar Rusiyanın əlinə keçə bilər. 


Foreks bazarlarında USD/TRY məzənnəsi cümə axşamı 5.9026TL-yə kimi bahalaşdıqdan sonra artım dalğası bu gün də 5.9325TL-yə kimi davam edib. Analitiklər bahalaşmanın 5.9720TL-yə kimi də davam edəcəyini proqnozlaşdırırlar.