Lirənin ucuzlaşması davam edir

12 Mart 2019

Beynəlxalq valyuta birjalarında Türkiyə iqtisadiyyatı ilə bağlı risklərin artması, USD/TRY məzənnəsinə olan diqqətin artmasına təsir edir.

Lirənin ucuzlaşması davam edir

Türkiyədə iqtisadi göstəricilərin getdikcə zəifləməsi və sərt monetar siyasət səbəbilə investisiya mühitinin əlverişsizliyi fonunda lirənin dünya maliyyə bazarlarında zəifləməsi davam edir. 


Foreks bazarlarında hal-hazırda 5.43 hədlərində ticarəti aparılan USD/TRY cütlüyündə 5.45330 həddi qırılarsa, 5.48730 hədlərinə qədər bahalaşmanın davam etməsi proqnozlaşdırılır. 


Növbəti müqavimət həddi kimi isə 5.54546 qiyməti çıxış edir.