London: AB sazişsiz Breksitin məsuliyyətini anlamalıdır

08 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Breksitin taleyinə dair önəmli günlər yaxınlaşdıqca, investorların diqqəti də yenidən bu mövzuya istiqamətlənir.

London: AB sazişsiz Breksitin məsuliyyətini anlamalıdır

Ingiltərənin xarici işlər naziri Ceremi Hant Avropa Birliyini (AB) Breksit danışıqlarının dayandırılması və sazişsiz Breksit fonunda xəbərdarlıq edib. 


Hant "BBC"-yə verdiyi açıqlamada bildirib ki, gələcək nəsil proses uğursuz olacağı təqdirdə AB-ni günahkar biləcəkdir. 



Qeyd etmək lazımdır ki, İngiltərənin baş naziri Tereza Mey çərşənbə axşamı parlamentdə Brüssel ilə razılaşdırılan sazişi növbəti dəfə səs verməyə çıxaracaqdır. Yanvar ayında ilk səs vermə uğursuz olmuşdu. Bundan sonra parlament tərəfindən tələb olunan dəyişikliklərlə bağlı isə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən də gələn həftə Tereza Mey üçün gözləntilər çox da yaxşı deyil. 


Bu dəfə də parlament qarşı çıxarsa, çərşənbə günü sazişsiz Breksit səs verməyə qoyulacaqdır. Bu yanaşma da aşağı palata tərəfindən dəstəklənməsə, cümə axşamı Londonun Breksitin ərtələnməsi səs verməyə qoyulacaqdır. 


Danışıqların bu həftə çətin keçməsinə baxmayaraq, həftə sonuna kimi davam etdiriləcəyi ilə bağlı İngiltərə hökümət nümayəndələrindən açıqlama verilmişdir. Tereza Meyin bazar ertəsi AB komissiyasının sədri Yunker ilə görüşü də mümkün ola bilər.