Maeda: Yumşaq monetar siyasət genişləndirilə bilər

23 Aprel 2019

Dünya maliyyə bazarlarında "BoJ" üzvlərinin yumşaq monetar siyasətin genişləndirilməsinə hazır olması investorların diqqət mərkəzində.

Maeda: Yumşaq monetar siyasət genişləndirilə bilər

Yaponiya bankının (ing.: "BoJ") icraçı direktoru Maeda Tokyoda parlament qarşısında çıxışı zamanı pul-kredit siyasətinin lazım olması şəraitində daha da azaldıla biləcəyini bildirib.


İnflyasiya hədəflərinə çatmaqları üçün müxtəlif yumşaq monetar siyasət alətlərinə sahib olduqlarını bildirən bank üzvü, maliyyə bazarlarına təsirlərinin də araşdırılmasına ehtiyac olduğunu əlavə edib.