Makron bu gün islahat proqramını açıqlayacaq

25 Aprel 2019

Bu gün Fransa prezidenti Emmanuel Makronun ölkədə sosial gərginliyi yatırtmaq üçün mətbuat konransından çıxışı gözlənilir.

Makron bu gün islahat proqramını açıqlayacaq

Notr-Dam Kilsəsinin yanmasından sonra Fransa prezidenti Emmanuel Makron yeni güzəştlər təklif edəcəkdir. Bu gün Bakı vaxtı ilə saat 21:00-da prezidentin mətbuat konfransında çıxışı və yeni islahatalar haqqında danışması gözlənilir. Müzakirə predmeti isə gəlir vergisinin azaldılması, aşağı pensiya alanların şəraitinin yaxşılaşdırılması və "ENA" (fr.: "École Nationale d'Administration") elit universitetin bağlanmasıdır. 


Makron yeni islahat proqramı ilə sosial gərginliyi azaltmağa çalışır. Noyabr ayından Fransada"sarı jiletlilər"-in mitinqləri başlayıb.