Maliyyə bazarlarında dalğalanma yenidən güclənə bilər

03 Aprel 2018

Bu gün Türkiyədən inflyasiya və İngiltərədən istehsal sektoru ilə bağlı yayımlanacaq önəmli fundamental məlumatlar diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında dalğalanma yenidən güclənə bilər

Dünya birjalarında bu həftənin bu gün, çərşənbə günü və cümə günü açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi aparıcı valyutaların dollara nisbətən məzənnələrində zəif dalağalanma müşahidə edilir. Buna 30 mart cümə və 2 aprel bazar ertəsi "Müqəddəs Cümə" gunu ile əlaqedar olaraq, beynelxalq maliyye bazarlarında foreks, indeks, metal, enerji və digər əmtəə maliyyə alətlərinin ticaret saatlarının dayanması da təsir etmişdir. 


Bugünün gündəmində olan əsas göstəricilər isə saat 11:00-da Türkiyədən inflyasiya və saat 12:30-da İngiltərənin istehsal sektoru ilə bağlı biznes aktivliyi indeksidir.


Avro 1.24 və Funt 1.41$-a kimi bahalaşa bilər. 

Son iki gündür avronun qiyməti 1.23$, funt sterlinq isə 1.40$-a ətrafında dalğalanmaqdadır. Texniki təhlillərə əsasən, avro 1.23$-ın üzərində qaldıqca, yenidən 1.24$-a kimi, eyni ilə funtun qiyməti də 1.40$-ın üzərində qaldıqca, 1.41$-a kimi bahalaşa bilər. USD/TRY məzənnəsi isə yenidən 3.98TL-ə kimi bahalaşıb və lirə 4.00TL-ə kimi də ucuzlaşa bilər.