Maliyyə bazarlarında son vəziyyət - 27.11.2017

27 Noyabr 2017

Bu həftə birjalarda neft qiymətləri və "OPEC" toplantısı, dolların gələcək qiyməti və Avrozonada inflyasiya göstəricisi diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 27.11.2017

EUR. 

Dünya valyuta birjalarında avro/dollar valyuta cütlüyü qiyməti keçən həftə ərzində artım dalğasını 1.1944$-a kimi daha da sürətləndirib. Bununla yanaşı, EUR/USD məzənnəsinin 1.2019$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Avropa iqtisadiyyatı ilə bağlı müsbət iqtisadi məlumatların açıqlanması və digər tərəfdən dolların ucuzlaşması, avronun bahalaşmasına təsir edən əsas amillərdir.

Qeyd etmək lazımdır ki, bu həftənin də cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonanın inflyasiya və cümə günü saat 13:00-da sənaye sektoru ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaqdır. Məlumatlar birjalarda ticarət aktivliyinin daha da güclənməsinə təsir edəcəkdir.

GBP. 

1.33$-ın üzərində ticarət edilən GBP/USD məzənnəsi, 1.3341$-a kimi bahalaşarsa, artım dalğası 1.3415$-a kimi də davam edə bilər.

Bu həftənin cümə günü Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq, İngiltərənin sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da, investorların diqqət mərkəzindədir.

TRY. 

Türkiyə maliyyə bazarlarında dollar 3.98TL-ə kimi bahalaşdıqdan sonra 3.94TL-ə kimi ucuzlaşıb. Maliyyə bazarlarında USD/TRY məzənnəsinin gələcək günlər ərzində 3.92TL və 3.94TL aralığında dalğalanacağı proqnozlaşdılır.

OIL. 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti yenidən 63.71$-a kimi dəyər qazanıb və gələcək günlər ərzində bu səviyyənin üzərində ticarət edilməyə davam edərsə, artım dalğası burada da 64.52$-a kimi sürətlənə bilər.

Eyni zamanda, bu həftənin cümə axşamı baş tutacaq, OPEC toplantısı da investorlar tərəfindən böyük maraqla gözlənilir.

GOLD. 

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1290$-ın (41.4 $/qram) üzərində ticarət edilir. Təhlillərə əsasən, qiymət 1295$-a (41.5 $/qram) kimi dəyər qazanarsa, bahalaşmasının 1309$-a (42.0 $/qram) kimi də güclənəcəyi proqnozlaşdırılır.