Maliyyə bazarlarında son vəziyyət - 11.12.2017

11 Dekabr 2017

Bu həftə "FED" və "AMB"-nin açıqlamaları, "BREXIT"-in ikinci mərhələsinə keçid və əmtəə bazarlarında neft və qızıl qiymətləri diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 11.12.2017

EUR. 

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti 1.1730$-a kimi ucuzlaşdıqdan sonra yeni həftənin başlaması ilə 1.1784$-a kimi bahalaşıb. Məzənnə üzrə təhlillər isə qiymətdə bahalaşmanın həftənin ikinci yarısınadək 1.1818 və 1.1873$-a kimi davam edə biləcəyini göstərir. Həftənin ikinci yarısında isə avroya olan təzyiqlər 1.1554$-a kimi yenidən arta bilər.

Qeyd etmək lazımdır ki, çərşənbə günü Amerika Mərkəzi Bankının ("FED") faiz artımına gedəcəyi gözləntiləri yüksək olaraq qalır. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının ("AMB") mətbuat konfransında, yumşaq monater siyasətin davam etdirilməsi zəruriliyinin yenidən vurğulanması gözlənilir.

GBP. 

Funtun qiyməti İngiltərənin AB-dən ayrılması (“BREXIT”) danışıqları fonunda hələ də təzyiq altında qalmaqdadır. Belə ki, 1.34$-a ticarət edilən GBP/USD məzənnəsinin 1.3415$-ın altında qaldıqca, 1.3308 və 1.3175$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bu həftə “BREXIT” danışıqlarının 2018-ci ildə ikinci mərhələsinə keçid ilə bağlı qərarın müzakirəsi və çərşənbə axşamı Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq İngiltərənin inflyasiya səviyyəsi, investorların diqqət mərkəzində olacaqdır.

TRY. 

Türkiyə bazarlarında USD/TRY məzənnəsi ucuzlaşmaqda davam edir. Cari həftənin başlaması ilə 3.84TL-nin altında ticarəti başlayan, Dollar/Lirə qiyməti sözügedən səviyyənin altında qaldıqca, 3.80 və 3.76TL-ə kimi də ucuzlaşa bilər.

Türkiyə maliyyə bazarlarında isə bu həftənin əsas diqqət mərkəzində olan hadisələri bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyənin iqtisadi inkişaf göstəricisinin və cümə axşamı saat 16:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarının açıqlanmasıdır.

OIL. 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti yenidən 63.61$-a kimi dəyər qazanıb. Qiymət gələcək günlər ərzində 63.60$-a kimi bahalaşmaqla, bu səviyyənin üzərində möhkəmlənərsə, 64.04 və 64.52$-a kimi də dəyər qazana bilər.

Dünyada neftə olan tələbin daha da arta biləcəyinə işarə edən xəbərlərin son günlər sıx açıqlanması, neft qiymətlərinin bahalaşmasını gücləndirən əsas amillərdir.

GOLD. 

Əlvan metallar bazarlarında isə son bir həftə ərzində 1243$-a (39.9 $/qram) kimi dəyər itirən, qızılın təhlilləri onu göstərir ki, eniş dalğasının daha da sürətlənməsi üçün qiymət 1240$-a (39.8 $/qram) kimi də ucuzlaşmalı və bu səviyyənin altında qalmalıdır. Məhz bundan sonra qiymət 1212$-a (38.9 $/qram) kimi də dəyər itirə bilər.