Maliyyə bazarlarında son vəziyyət - 18.12.2017

18 Dekabr 2017

Beynəlxalq maliyyə bazarlarında avro, funt və lirənin daha da ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.

Maliyyə bazarlarında son vəziyyət - 18.12.2017

EUR. 

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti 1.1737$-a kimi ucuzlaşıb. Məzənnə üzrə təhlillər isə qiymətdə ucuzlaşmasının 1.1707 və 1.1650$-a kimi davam edə biləcəyini göstərir.

Bazar ertəsi Bakı vaxtı ilə saat 14:00-da və cümə axşamı saat 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozonada inflyasiya və ABŞ-da iqtisadi inkişaf ilə bağlı önəmli statistik məlumatların da beynəlxalq maliyyə bazarlarında məzənnələrə güclü təsir edəcəyi gözlənilir.

GBP. 

GBP/USD qiymətində 1.3308$-ın aşağı istiqamətdə qırılmasında çətinliyin olduğu müşahidə edilir. Məzənnə üzrə proqnozlarında “ayı trendi”-ni müdafiə edən investorlar üçün isə bu səviyyənin aşağı istiqamətdə qırılması önəmli əhəmiyyət kəsb edir. Məhz qiymət 1.3308$-ın altında qalarsa, 1.3159$-a kimi 1% ucuzlaşa bilər.

Qeyd etmək lazımdır ki, İngiltərənin Avropa Birliyindən ayrılması danışıqları fonunda iqtisadiyyatda müşahidə edilən qeyri-müəyyənlik, funtun qiymətinə də mənfi təsir edir.

TRY. 

Türkiyə bazarlarında USD/TRY məzənnəsi keçən həftə 3.84TL-nin altında qalmadı və Türkiyə Mərkəzi Bankının qərarından sonra yenidən bahalaşdı. Hal-hazırda 3.85TL-nin üzərində möhkəmlənməyə çalışan qiymət, 3.90 və 3.92TL-ə kimi də bahalaşa bilər.  

OIL. 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 63$-a ticarət edilir. Qiymət gələcək günlər ərzində yenidən 64$-a kimi bahalaşmaqla, bu səviyyənin üzərində möhkəmlənərsə, 66$-a kimi də dəyər qazana bilər.

Dünyada neftə olan tələbin daha da arta biləcəyinə işarə edən xəbərlərin son günlər sıx açıqlanması, neft qiymətlərinin bahalaşmasını gücləndirən əsas amillərdir.

GOLD. 

Əlvan metallar bazarlarında da qiymət 1240$-a (39.8 $/qram) kimi ucuzlaşdıqdan sonra sürətlə bahalaşmağa başlayıb. Beləliklə, 1255$-a (40.3 $/qram) ticarət edilən qızılın bir unsiya üzrə qiymətinin 1253$-ın (40.2 $/qram) üzərində qaldıqca, 1261 (40.4 $/qram) və 1268$-a (40.7 $/qram) kimi dəyər qazanacağı proqnozlaşdırılır.