Maliyyə bazarlarında son vəziyyət - 22.01.2018

22 Yanvar 2018

Bu həftə ABŞ-dan çoxdan gözlənilən fundamental göstəricilər açıqlanacaq.

Maliyyə bazarlarında son vəziyyət - 22.01.2018

EUR. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.2323$-a kimi bahalaşdıqdan sonra qismən ucuzlaşıb edib. Hal-hazırda 1.22$ ətrafında ticarət edilən EUR/USD məzənnəsində artım dalğasının daha da güclənməsi üçün 1.2305$-ın üzərində möhkəmlənməsi önəmlidir. Bundan sonra qiymət 1.2463$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı və cümə günü saat 17:30-da açıqlanacaq ABŞ-ın iqtisadi inkişaf göstəricisi, dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.


GBP. 

GBP/USD qiyməti də 1.38$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, yanvar ayı ərzində 3.6% bahalaşan qiymət 1.38$-ın üzərində qaldıqca, 1.3946$ və 1.4040$-a kimi də bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.

Bu həftənin çərşənbə və cümə günləri saat 13:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı və iqtisadi inkişaf məlumatları da diqqət mərkəzindədir.


TRY. 

Türkiyə bazarlarında dolların qiyməti 3.82TL-nin üzərində ticarət edilməkdədir. Belə ki, Türkiyənin xarici siyasəti fonunda artan risklər lirəyə olan təzyiqləri qismən artırıb. Beləliklə, USD/TRY məzənnəsi gələcək günlərdə 3.8259TL-nin üzərində möhkəmlənərsə, 3.8556 və 3.8696TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


OIL. 

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son günlər 68-69.00$ aralığında ticarət edilməkdədir. Qiymət 70.06$-a kimi dəyər qazanarsa və üzərində möhkəmlənərsə, artım dalğası 73.07$-a kimi də güclənə bilər.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın qiymətləri son bir həftə ərzində 1344$ ilə son dörd ayın maksimum səviyyəsini yenilədikdən sonra 1.5% ucuzlaşıb. Yeni həftənin ilk sessiyasında bazarlarda 1330$-ın üzərində təklif edilən qızılın bir unsiya üzrə qiyməti ümumilikdə 1326$-ın (43.2 $/qram) üzərində qaldıqca, artım dalğasının 1357$-a (43.5 $/qram) kimi də güclənəcəyi proqnozları aktuallığını qorumaqdadır.