Maliyyə bazarlarında son vəziyyət - 12.02.2018

12 Fevral 2018

İnkişaf etmiş dövlətlərin inflyasiya səviyyələri ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər bazarlarda dalğalanmanı daha da gücləndirəcəkdir.

Maliyyə bazarlarında son vəziyyət - 12.02.2018

EUR. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.22$-a kimi ucuzlaşdıqdan sonra 1.23$-a kimi bahalaşıb və təhlillərə əsasən, qiymət 1.2284$-ın üzərində möhkəmlənərsə, 1.2434$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.

Çərşənbə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın inflyasiya səviyyəsinin də məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.


GBP. 

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması, funt sterlinqin də bahalaşmasına səbəb olub. 1.38$-ın üzərində dalğalanan GBP/USD məzənnəsi 1.3900$-a kimi bahalaşaraq, üzərində qalarsa, 1.4121$-a kimi də bahalaşa bilər.

İngiltərənin inflyasiyası ilə bağlı yayımlanacaq statistik göstəricilər də investorların diqqət mərkəzindədir. Göstəricilər çərşənbə axşamı saat 13:30-da dərc ediləcək.


TRY. 

Türkiyə bazarlarında isə USD/TRY qiyməti 3.84TL-ə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və burada da dolların 3.76TL-ə kimi ucuzlaşması proqnozlaşdırılır.


OIL. 

Foreks bazarlarında güclü dalğalanma, enerji bazarlarında da neft qiymətlərinə mənfi təsir edib. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 61$-a kimi dəyər itirib. Lakin yeni həftənin başlaması ilə 2$ dəyər qazanan Brent, 63.56$-ın üzərində möhkəmlənə bilərsə, gələcək günlərdə qiymətin 65.10 və 67.40$-a kimi bahalaşmasının şahidi ola bilərik.


GOLD. 

Əlvan metallar bazarlarında isə qızıl qiymətlərində bu həftə bahalaşmanın şahidi ola bilməyimiz üçün yenidən 1326$-ın (42.5 $/qram) üzərində möhkəmlənməsi önəmli şərtlərdəndir. Hal-hazırda 1323$-ın (42.4 $/qram) üzərində təklif edilən qızıl fyuçersləri, bundan sonra 1343$-a (43.1 $/qram) kimi dəyər qazana bilər.