Maliyyə bazarlarında son vəziyyət - 05.03.2018

05 Mart 2018

İtaliyada parlament seçkisi, ABŞ-ın əmək bazarı, İngiltərənin sənaye sektoru ilə bağlı göstəricilər və TCMB-nin qərarı bu həftə diqqət mərkəzində olacaq.

Maliyyə bazarlarında son vəziyyət - 05.03.2018

EUR. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi bahalaşaraq, 1.2320$-ın üzərində təklif edilməkdədir. Qiymətin qrafik mənzərəsi ilə tanış olduqda, qiymətin daha da bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. Beləliklə, qiymət yenidən 1.2390$-a kimi bahalaşa və bu səviyyənin üzərində möhkəmləndikdən sonra artım dalğası 1.2430$-a kimi də güclənə bilər.

Eyni zamanda, bu gün günorta saatlarında açıqlanması gözlənilən İtaliyada parlament seçkisinin nəticələri də maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola bilər. Cümə günü Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək ABŞ-ın əmək bazarı ilə bağlı fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi də bahalaşıb və 1.3780$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.3700$-ın üzərində qaldıqca, 1.4028 və 1.4103$-a kimi bahalaşa bilər.

Bu həftənin cümə günü saat 13:30-da yayımlanması gözlənilə İngiltərənin sənaye sektoru ilə bağlı statistik göstəricilər də Funt/Dollar məzənnəsinə güclü təsir edə bilər.  


TRY. 

Türkiyə bazarlarında da dolların qiyməti 3.81TL-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, USD/TRY məzənnəsi 3.79TL-ə kimi də ucuzlaşa bilər.

Türkiyə maliyyə bazarlarına da bu həftə güclü təsir edə biləcək fundamental məlumatlar gözlənilir: Bu gün saat 11:00-da inflyasiya və çərşənbə günü saat 15:00-da Türkiyə Mərkəzi Bankının faiz qərarı.


OIL. 

Ölkələrin iqtisadi inkişaf dinamikaları ilə bağlı fundamental məlumatlar müsbət açıqlanarsa, bu, enerji bazarlarında neft qiymətlərinə də müsbət təsir edə bilər. Cari həftənin ilk sessiyasında 64$-ın üzərində təklif edilən Avropanın Brent neftinin bir barel qiyməti 65.06$-a kimi bahalaşarsa, 66.06$-a kimi də dəyər qazana bilər.


GOLD. 

Əlvan metallar bazarlarında qızıl bir unsiyası 1326$-ın (42.5 $/qram) üzərində dalğalanmaqdadır və bu səviyyənin üzərində qaldıqca, 1342$-a (43.1 $/qram) kimi də dəyər qazana bilər.