Maliyyə bazarlarında son vəziyyət - 12.03.2018

12 Mart 2018

Bu həftə dünya birjalarında güclü dalğalanamlara səbəb ola biləcək, önəmli fundamental məlumatlarla zəngin həftədir.

Maliyyə bazarlarında son vəziyyət - 12.03.2018

EUR. 

Dünya birjalarında EUR/USD məzənnəsi keçən həftə olduğu kimi 1.2320$-ın üzərində təklif edilməkdədir. Lakin avronun yenidən 1.2430$ və 1.2550$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.

Avropa Mərkəzi Bankı (AMB) bazarları yumşaq monetar siyasətin sonuna hazırlasa da, bazar iştirakçıları açıqlanacaq fundamental göstəricilərlə bunun təsdiqini istəyir. Bu baxımından bu həftə çox önəmli olacaqdır: Bazar ertəsi Bakı vaxtı ilə saat 23:00-da ABŞ-ın büdcə balansı, çərşənbə axşamı saat 14:00-da Avropa iqtisadiyyatı fonunda gözləntilər (“ZEW” indeksi), saat 16:30-da ABŞ-dan inflyasiya və cümə günü saat 14:00-da Avrozona üzrə inflyasiya. AMB sədrinin çərşənbə günü baş tutacaq çıxışı da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi isə 1.38$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.3929$-ı yuxarı istiqamətdə qırarsa, bahalaşma 1.4103$-a kimi güclənə bilər.

Bu həftənin çərşənbə axşamı saat 15:30-da baş tutacaq İngiltərə hökümətinin parlament qarşısında maliyyə hesabatı da böyük maraqla gözlənilir və dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.


TRY. 

Türkiyə bazarlarında USD/TRY məzənnəsi 3.81TL-ə ticarət edilməkdədir. Dünya birjalarında keçən həftənin ortalarında dollarda qısa müddətli bahalaşma Türkiyə maliyyə bazarlarında da özünü göstərib. Lakin dolların yenidən 3.78TL-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


OIL. 

Ölkələrin iqtisadi inkişaf dinamikaları ilə bağlı fundamental məlumatlar müsbət açıqlanarsa, bu, enerji bazarlarında neft qiymətlərinə də müsbət təsir edə bilər. Bununla yanaşı, Avropanın Brent neftinin bir barel qiymətinin 64$ üzərində möhkəmləndiyi müşahidə edilir və 68$-a kimi də dəyər qazana bilər.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1313$-a (42.1 $/qram) kimi ucuzlaşdıqdan sonra dəyər qazanmağa başlayıb və 1330$ (42.7 $/qram) və 1341$-a (43.0 $/qram) kimi də dəyər qazana biləcəyi ehtimal edilir.