Maliyyə bazarlarında son vəziyyət - 26.03.2018

26 Mart 2018

Dünya birjalarında avro, funt sterlinq bahalaşır, dollar isə təzyiq altında. Xammal bazarlarında neft və qızıl qiymətləri də dəyər qazanmaqdadırlar.

Maliyyə bazarlarında son vəziyyət - 26.03.2018

EUR. 

Dünya birjalarında EUR/USD məzənnəsi yenidən bahalaşaraq, 1.2370$-ın üzərində ticarət edilməkdədir və 1.2419$, 1.2531$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avroya olan tələbin də artmasına səbəb olur.


GBP. 

GBP/USD məzənnəsi də 1.4160$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.4218$-a kimi bahalaşarsa, artım dalğasının 1.4345$-a kimi güclənə biləcəyi proqnozlaşdırılır. Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntilərinin artması, funt sterlinqin bahalaşmasına təsir edir.


TRY. 

Türkiyə bazarlarında USD/TRY məzənnəsi 4.03TL-ə kimi bahalaşdıqdan sonra  3.97TL-ə kimi ucuzlaşıb. Beləliklə, qiymət 4.00TL-nin altında qaldıqca, ucuzlaşma 3.94TL-ə kimi də davam edə bilər.


OIL. 

Enerji bazarlarında da neft qiymətlərində müsbət tendensiya davam etməkdədir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 71$-a kimi dəyər qazanıb və qiymət bu səviyyənin üzərində möhkəmələnərsə, 73$ və 75$-a kimi də dəyər qazana bilər.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1348$-a (43.2 $/qram) ticarət edilir və 1361$ (43.7 $/qram), 1366$-a (43.8 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.