Maliyyə bazarlarında son vəziyyət - 16.04.2018

16 Aprel 2018

Bu həftə Avrozona və İngiltərədən açıqlanacaq inflyasiya göstəriciləri və neft qiymətlərində bahalaşma proqnozları diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 16.04.2018

EUR. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi aprel ayının minimum və maksimum səviyyələri aralığında dalğalanmaqdadır. Gələcək istiqaməti proqnozlaşdırmaq üçün isə yuxarı və ya aşağı sərhədlərin qırılmasını gözləmək lazımdır. Beləliklə, hal-hazırda 1.23$-a ticarət edilən avro/dollar məzənnəsi üçün 1.24$-ın yuxarı istiqamətdə qırılması, qiymətin 1.26$-a kimi bahalaşa bilməsi üçün güclü siqnal rolunu oynayacaqdır. Bu baş vermədikdə, yəni qiymət 1.24$-ın altında qaldıqca, ucuzlaşma 1.22$-a kimi də davam edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı və çərşənbə günləri müvafiq olaraq Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın gələcək iqtisadiyyatı ilə bağlı gözlənti indeksi və inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi 1.43$-a kimi bahalaşdıqdan sonra müqavimətlər rastlaşdığının və ucuzlaşdığının şahidi oluruq. Texniki analizə əsasən, qiymət yenidən 1.43$-ı yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.44$ və 1.47$-a kimi də güclənə bilər. Çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiya ilə bağlı fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.


TRY. 

Türkiyə bazarlarında da dolların ucuzlaşması müşahidə edilir.  Belə ki, bazar ertəsi 4.0957TL-ə ticarət edilən USD/TRY valyuta cütlüyünün qiyməti 4.0722TL-ə kimi də ucuzlaşaraq, bu səviyyənin altında qalarsa, 4.0196TL-ə kimi də ucuzlaşa bilər.


OIL. 

Enerji bazarlarında isə Brent nefti keçən həftə proqnozlaşdırıldığı kimi 73$-a kimi dəyər qazanıb. Bundan sonra qismən korreksiya edən bir barel üzrə qiymət 71-72$ aralığında ticarət edilməkdədir və yenidən 73$-a dəyər qazanaraq, üzərində möhkəmlənərsə, bir barel üzrə qiymətin 75$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1346$-ın (43.2 $/qram) üzərində dalğalanmaqdadır və 1353$-ı (43.4 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1365$-a (43.8 $/qram) kimi də dəyər qazana bilər.