Maliyyə bazarlarında son vəziyyət - 21.05.2018

21 May 2018

Aparıcı valyutaların və qızılın dollara nisbətən qiymətlərinin bahalaşdığı müşahidə edilir, neftdə isə yeni maksimumların şahidi ola bilərik.

Maliyyə bazarlarında son vəziyyət - 21.05.2018

EUR. 

Dünya valyuta birjalarında avronun ucuzlaşdığı müşahidə edilir. Artıq yeni həftənin ilk sessiyasında 1.18$-ın altında təklif edilən EUR/USD məzənnəsi, bu səviyyənin altında qaldıqca, 1.1709 və 1.1630$-a kimi də ucuzlaşa bilər. Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 12:00-da açıqlanacaq Avrozonanın sənaye sektoru ilə bağlı fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsinin də ucuzlaşdığı müşahidə edilir. Təhlillərə əsasən, 1.3425$-a kimi ucuzlaşan GBP/USD məzənnəsi 1.3500$-ın altında qaldıqca, eniş dalğasının 1.3370$ və 1.3270$-a kimi də sürətlənməsinə səbəb ola bilər. Çərşənbə günü saat 12:30-da yayımlanacaq İngiltərənin inflyasiyası ilə bağlı önəmli statistik məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.


TRY. 

Türkiyə bazarlarında da dollar yenidən artım dalğasını bərpa edərək, 4.52TL-ə kimi bahalaşıb. Qiymət 4.50TL-nin üzərində qaldıqca, 4.56 və 4.61TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Türkiyədə siyasi və iqtisadi risklərin artması, lirənin qiymətinə mənfi təsir etməkdədir.


OIL. 

Enerji bazarlarında isə Brent neftinin qiyməti 2$-lıq korreksiyadan sonra yenidən bahalaşmağa başlayıb və qiymət 79$-ın üzərində qaldıqca, 80 və 81$-a kimi də dəyər qazana bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1290$-ın (41.4 $/qram) altında təklif edilməkdədir. Keçən həftənin minimum səviyyəsi qırılarsa, onda qiymətin 1277$ (41.0 $/qram) və 1268$-a (40.7 $/qram) kimi dəyər itirə biləcəyi proqnozları güclü olaraq qalır.