Maliyyə bazarlarında son vəziyyət - 09.07.2018

09 İyul 2018

Dünya valyuta birjalarında dolların ucuzlaşmasının, digər maliyyə alətlərinin də bahalaşmasına təsir etməsi investorların diqqət mərkəzindədir.

Maliyyə bazarlarında son vəziyyət - 09.07.2018

EUR. 

Amerika hökümətinin yeni sərt xarici ticarət siyasətinin əmək bazarında işsizlik səviyyəsinin 4%-ə kimi artmasına təsir etməsi xəbərlərindən sonra dolların aparıcı valyutalara, həmçinin avroya qarşı qiyməti ucuzlaşmağa başlayıb. Beləliklə, 1.1760$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsi 1.1851$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental göstəriciləri də investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi də dolların ucuzlaşması fonunda dəyər qazanmaqdadır. 1.3300$-a təklif edilən funt sterlinq 1.3318$-ı da yuxarı istiqamətdə qırarsa, 1.3362$ və 1.3472$-a kimi bahalaşa bilər.

Çərşənbə axşamı saat 12:30-da yayımlanacaq İngiltərənin sənaye sektoru ilə bağlı statistik məlumatların da məzənnəyə güclü təsir edəcəyi gözlənilir.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 4.57TL-yə ticarət edilir və 4.55TL-ni də aşağı istiqamətdə qırarsa, 4.48TL-yə kimi ucuzlaşa bilər.


OIL. 

Dolların ucuzlaşması, enerji bazarlarında da Avropanın Brent nefti qiymətinin dəyər qazanmasına təsir edir. Təhlillərə əsasən, bir barel üzrə qiymət 77.55$-ı da yuxarı istiqamətdə qırarsa, 78.50$-a kimi dəyər qazana bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın qiyməti 1259$-a (40.4 $/qram) kimi dəyər qazanıb. Burada isə bir unsiya üzrə qiymət 1261$-ı (40.5 $/qram) yuxarı istiqamətdə qırarsa, 1273$-a (40.8 $/qram) kimi bahalaşa bilər.