Maliyyə bazarlarında son vəziyyət - 08.10.2018

08 Oktyabr 2018

Dünya birjalarında bu həftə dolların aparıcı valyutalara nisbətən məzənnələrinin gələcəyi və buna təsir edə biləcək hadisələr diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 08.10.2018

EUR. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.15$-a kimi ucuzlaşıb və 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Avropada İtaliya və İngiltərə ilə siyasi mövzular ətrafında müzakirələr fonunda risklərin mövcudluğu, iqtisadiyyata mənfi təsir etməklə, avronun qiymətinə də mənfi təsir edir.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:30 və 16:30-da müvafiq olaraq açıqlanacaq Avropa Mərkəzi Bankının pul siyasəti ilə bağlı toplantı protokolu və ABŞ-ın inflyasiya ilə bağlı önəmli fundamental göstəriciləri də investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi 1.31$-a ticarət edilməkdədir və ümumilikdə qiymət 1.32$-ın altında qaldıqca, eniş dalğasınin 1.29$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır.

İngiltərənin Avropa Birliyindən ayrılması planının cəmiyyətdə yaratdığı fikir ayrılığı funta olan təzyiqlərin artmasına təsir edir. Bununla bağlı xəbərlər diqqət mərkəzində saxlanılmalıdır.

Çərşənbə günü saat 12:30-da dərc ediləcək İngiltərənin iqtisadi inkişaf göstəricisi ilə bağlı statistik göstəricilərin də məzənnəyə güclü təsiri olacaqdır.


TRY. 

Türkiyə maliyyə bazarlarında da lirənin qiyməti keçən həftə ərzində 6% ucuzlaşıb və keçən həftənin minimum səviyyəsini yenidən qırarsa, 6.29TL-yə kimi də ucuzlaşa bilər.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti “OPEC+” ölkələrinin bəyanatının təsiri fonunda 87$-a kimi 11% bahalaşdıqdan sonra 83$-a kimi korreksiya edib. Təhlillərə əsasən, ucuzlaşma 81$-a kimi də davam edə bilər.

Bu həftənin cümə axşamı saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1200$-ın (38.6 $/qram) altında təklif edilməkdədir və sözügedən səviyyənin altında qaldıqca, 1190$-a (38.3 $/qram) kimi də dəyər itirə bilər.

FED-in faiz artımından sonra dollara olan tələbin artması, “güvənli liman” maliyyə aləti kimi qızıla olan marağın daha da azalmasına səbəb olur.