Maliyyə bazarlarında son vəziyyət - 29.10.2018

29 Oktyabr 2018

Son günlər dolların qiymətlərində müşahidə edilən volatillik, bu həftə açıqlanacaq önəmli fundamental göstəricilər fonunda daha da güclənə bilər.

Maliyyə bazarlarında son vəziyyət - 29.10.2018

EUR. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.14$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.13$-a kimi da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 14:00 və cümə günü saat 16:30-da müvafiq olaraq açıqlanacaq Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.


GBP. 

GBP/USD məzənnəsi də 1.29$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.27$-a kimi da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Cümə axşamı saat 16:00-da dərc ediləcək İngiltərə Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilir və saat 16:30-da baş tutacaq bankın mətbuat konfransı da məzənnəyə güclü təsir edəcəkdir.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi keçən həftə ərzində yenidən ucuzlaşaraq, 5.60TL-nin altında ticarət edilməkdədir. Lakin dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma daha da güclənərsə, bu, lirənin qiymətinə də mənfi təsir edərək, məzənnənin 5.87TL-yə kimi bahalaşmasına səbəb ola bilər.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti ucuzlaşaraq, 77$-a ticarət edilməkdədir və 75$-a kimi də ucuzlaşarsa, eniş dalğası 73$-a kimi də davam edə bilər.


Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında qızılın qiyməti keçən həftə ərzində 1243$-a (40.0 $/qram) kimi bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb və 1225$-ı (39.4 $/qram) da aşağı istiqamətdə qırarsa, 1211$-a (39.0 $/qram) kimi də ucuzlaşa bilər.