Maliyyə bazarlarında son vəziyyət - 26.11.2018

26 Noyabr 2018

Bu həftə dünya valyuta birjalarında Avropa Birliyi ilə İngiltərə parlamentlərində Breksit razılaşmasının qəbul olunması diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 26.11.2018

EUR. 

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.13$-a ticarət edilir və uzun müddətli perspektivdə qiymət 1.14$-ın altında qaldıqca, 1.12$-a kimi də ucuzlaşa bilər. Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit danışıqları qeyri-müəyyənliyi əsas təzyiq edən amillər arasındadır.


Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 17:30 və cümə günü saat 14:00-da müvafiq olaraq açıqlanacaq Amerikanın iqtisadi inkişaf və Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.


GBP. 

GBP/USD məzənnəsi də 1.28$-a təklif edilməkdədir və  1.29$-ın altında qaldıqca, 1.27$-a kimi də dəyər itirə bilər. Gələcək günlərdə AB ilə İngiltərə höküməti arasında razılaşdırılan Breksit müqaviləsinin hər iki parlamentlərdə də qəbul edilməsi, əsas rol oynayacaqdır.


TRY. 

Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 5.26TL-yə kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Texniki təhlillərə əsasən, məzənnə 5.31TL-ni də yuxarı istiqamətdə qırarsa, bahalaşma 5.44TL-yə kimi də sürətlənə bilər.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti 60$-a ticarət edilməkdədir. Qiymət 58$-ı da aşağı istiqamətdə qırarsa, ucuzlaşma 55$-a kimi də davam edə bilər.


Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, əlvan metallar bazarlarında da qızılın ucuzlaşmasına səbəb olub. 1218$ (39.2 $/qram) da aşağı istiqamətdə qırılarsa, ucuzlaşma 1207$-a (38.8 $/qram) kimi də dəinləşə bilər.