Maliyyə bazarlarında son vəziyyət - 03.12.2018

03 Dekabr 2018

Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, dünya bazarlarında investorların risk iştahının artmasına səbəb olub. Avro, funt, qızıl və neft bahalaşır.

Maliyyə bazarlarında son vəziyyət - 03.12.2018

EUR. 

Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çinin xarici ticarətdə ilkin müsbət razılaşma əldə edtikdən sonra EUR/USD məzənnəsi də müsbət təsirlənib. Təhlillərə əsasən, 1.13$-ın üzərində ticarət edilən avronun qiyməti, bu səviyyənin üzərində qalarsa, 1.14$-a kimi də bahalaşa bilər.

Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, ümumilikdə Avrozona iqtisadiyyatına və beləliklə, avronun da qiymətinə müsbət təsir edir.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00 və 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozonanın iqtisadi inkişaf və Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.


GBP. 

GBP/USD məzənnəsi də 1.28$-ı yuxarı istiqamətdə qırarsa, burada da bahalaşma 1.29$-a kimi sürətlənə bilər. İngiltərə milli valyutasının gələcək qiyməti üçün AB ilə İngiltərə höküməti arasında razılaşdırılan Breksit müqaviləsinin hər iki parlamentlərdə də qəbul edilməsi də əsas rol oynayır. Dekabr ayının 11-i İngiltərə parlamenti səs verməyə gedəcəkdir.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.18TL-yə ticarət edilir. Texniki təhlillərə əsasən, məzənnə 5.13TL-ni də aşağı istiqamətdə qırarsa, dolların ucuzlaşması 4.98TL-yə kimi də davam edə bilər.

Bu gün saat 11:00-da dərc ediləcək Türkiyənin inflyasiya ilə bağlı yeni göstəriciləri də vacib olacaqdır.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti 58$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Yeni həftənin ilk ticarət sessiyasında artıq 62$-ın üzərində təklif edilən qiymət, 65 və 67$-a kimi də dəyər qazana bilər. Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, dünya bazarlarında neftə olan tələbin də artmasına təsir edir.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, əlvan metallar bazarlarında da qızılın bahalaşmasına səbəb olub. 1225$-ın (39.4 $/qram) üzərində təklif edilən qiymət, 1226$-in (39.4 $/qram) da üzərində möhkəmlənərsə, 1230$-a (39.6 $/qram) kimi də dəyər qazana bilər.