Maliyyə bazarlarında son vəziyyət - 10.12.2018

10 Dekabr 2018

Bu həftə İngiltərə parlamentində Breksit razılaşması səs verməsi, dolların ucuzlaşması, qızılın bahalaşması və neft qiymətləri diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 10.12.2018

EUR. 

Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çin arasında siyasi gərginliyin yenidən artması və ABŞ-da iqtisadi göstəricilərin zəif açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub.


EUR/USD məzənnəsi də nəticədə 1.14$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət keçən həftənin maksimum səviyyəsi üzərində qalarsa, 1.15$-a kimi də bahalaşa bilər.


Bununla yanaşı, çərşənbə və cümə axşamı müvafiq olaraq saat 17:30 baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı və açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.


GBP. 

GBP/USD məzənnəsi də çərşənbə axşamı baş tutacaq İngiltərə parlamentində Breksit razılaşması səs verməsi öncəsi 1.27$-a kimi bahalaşıb. Qiymət bu səviyyənin üzərində qaldıqca, 1.28$-a kimi də bahalaşa bilər.


TRY. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.46TL-yə kimi bahalaşdıqdan sonra 5.26TL-yə kimi ucuzlaşmışdı. Qiymət 5.34TL-ni də yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, yenidən keçən həftənin maksimum səviyyələrinə kimi bahalaşa bilər.

Lirənin təzyiq altında olmasına səbəb, Türkiyə Mərkəzi Bankının (TCMB) faiz dərəcələrini azalda biləcəyi ehtimallarıdır. Bu baxımından cümə axşamı saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarını investorlar böyük maraqla gözləyirlər.


OIL. 

Avropanın Brent markalı neftinin bir barel qiyməti “OPEC+” ölkələrinin yeni qərarından sonra 64$-a kimi bahalşsa da 62$-a kimi korreksiya edib. Lakin təhlillər onu göstərir ki, qiymət 62$-ın üzərində qaldıqca, yenidən 64$-a kimi dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında da qızılın bahalaşmasına səbəb olub. 1249$-ın (40.2 $/qram) üzərində təklif edilən qiymət, 1247$-in (40.0 $/qram) üzərində möhkəmlənərsə, 1258$-a (40.5 $/qram) kimi də dəyər qazana bilər.