Maliyyə bazarlarında son vəziyyət - 24.12.2018

24 Dekabr 2018

Foreks bazarlarında avro və funtun qiymətləri yenidən təzyiq altındadır. Eyni zamanda, bu həftə birjalarda volatilliyin azalması gözlənilir.

Maliyyə bazarlarında son vəziyyət - 24.12.2018

EUR. 

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.14$-ın altında ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət sözügedən səviyyənin altında qalarsa, EUR/USD məzənnəsi 1.13$-a kimi də dəyər itirə bilər.

Bununla yanaşı, “Milad bayramı” ilə əlaqədar olaraq bu həftə foreks maliyye bazarlarında ticarəti aktivliyi zəifləyə bilər. 


GBP. 

GBP/USD məzənnəsi də Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit danışıqları fonunda təzyiq altında qalmaqda davam edir. Beləliklə, 1.27$-ın altında təklik edilən GBP/USD məzənnəsi, bu səviyyənin altında qalarsa, 1.25$-a kimi də ucuzlaşa bilər. 


TRY. 

Türkiyə maliyyə bazarlarında da dollar bahalaşır. 5.31TL-yə ticarət edilən USD/TRY məzənnəsi, 5.32TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.40TL-yə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 


OIL. 

Avropanın Brent markalı neftinin qiyməti dünya bazarlarında tələbin azalması ilə 54$-a kimi ucuzlaşıb. Qiymət 53$-ı da aşağı istiqamətdə qırarsa, 50$-a kimi də dəyər itirə bilər.

Bu həftənin cümə günü saat 20:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir. 


GOLD. 

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1266$-ı (40.7 $/qram) da yuxarı istiqamətdə qırarsa, 1284$-a (41.3 $/qram) kimi də dəyər qazana bilər.