Maliyyə bazarlarında son vəziyyət - 11.02.2019

11 Fevral 2019

Bu həftə maliyyə bazarlarında valyuta məzənnələrinə güclü təsir edə biləcək fundamental məlumatlarla zəngin həftədir.

Maliyyə bazarlarında son vəziyyət - 11.02.2019

EUR. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmanın davam etdiyi müşahidə edilir. Foreks bazarlarında dolların orta qiyməti artıq bir həftə ərzində təqribən 1.7% bahalaşıb.

EUR/USD məzənnəsi də nəticədə 1.13$-a ticarət ediləməkdədir və bu səviyyənin altında qalarsa, 1.12$-a kimi də 0.8% ucuzlaşa bilər.

Bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 17:30 və cümə axşamı saat 14:00-da müvafiq olaraq yayımlanacaq, ABŞ-ın inflyasiya və Avrozonanın iqtisadi inkişafı ilə bağlı önəmli fundamental məlumatların da məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.


GBP. 

GBP/USD məzənnəsi də təzyiq altındadır. Böyük Britaniya ilə Avropa Birliyi arasında Breksit danışıqları fonunda risklərin günbəgün artması, funta olan tələbin azalmasına səbəb olmaqdadır. Dünya birjalarında 1.29$-a təklif edilən məzənnə, sözügedən səviyyənin altında qaldıqca, 1.28$-a kimi də ucuzlaşa bilər.

Bununla yanaşı, bazar ertəsi və çərşənbə günü saat 16:00-da müvafiq olaraq İngiltərənin iqtisadi inkişafı dinamikası və inflyasiya ilə bağlı önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.


TRY. 

Türkiyə valyuta birjalarında da dolların bahalaşması müşahidə edilməkdədir. 5.26TL-nin üzərində ticarət edilən USD/TRY məzənnəsi, 5.28TL-nin üzərində möhkəmlənərsə, yuxarı istiqamətli artım dalğası 5.32TL-yə kimi də davam edə bilər.


OIL. 

Avropanın Brent markalı neftinin qiyməti 62-61$ aralığında ticarət edilməkdədir. Son günlər valyuta birjalarında dolların qiymətlərindəki bahalaşma, ilin əvvəlindən etibarən neft qiymətlərində müşahidə edilən bahalaşma dinamikasının da zəifləməsinə səbəb olub. Təhlillərə əsasən, bir barel üzrə qiymət cari səviyyələrdə ticarət edilməkdə davam edə bilər. Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında yeni həftənin ilk sessiyasından etibarən qızıl qiymətlərində ucuzlaşma başlayıb. Qızılın bir unsiya üzrə qiyməti 1308$-ı (42.1 $/qram) da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 1303 (41.9 $/qram) və 1298$-a (41.7 $/qram) kimi də ucuzlaşa bilər.