Maliyyə bazarlarında son vəziyyət - 25.03.2019

25 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında risklərin artması fonunda qızıla olan tələbin də artması və avro və lirə üzrə proqnozlar diqqət mərkəzindədir.

Maliyyə bazarlarında son vəziyyət - 25.03.2019

EUR. 

Amerika mərkəzi bankının sonuncu açıqlamalarından sonra Avrozona iqtisadiyyatına dair investorların ehtiyatlı mövqeyi, avronun 1.13$-a kimi ucuzlaşmasına səbəb olub. Lakin təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1319$-ı yuxarı istiqamətdə qırarsa, yenidən 1.1389$-a kimi bahalaşacağı proqnozları güclü olaraq qalır.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozona iqtisadiyyatına dair önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.


GBP. 

İngiltərədə Breksit risklərinin artması funtun keçən həftə ərzində 1.30$-a kimi ucuzlaşmasına təsir etdikdən sonra yenidən bahalaşmağa başladığı müşahidə edilir. Dünya valyuta birjalarında bazar ertəso 1.3191$-a ticarət edilən GBP/USD məzənnəsi üzrə təhlillərə əsasən, qiymət 1.3250$-ı yuxarı istiqamətdə qırarsa, 1.3310 və 1.3380$-a kimi də bahalaşa bilər.


TRY. 

Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.84TL-yə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və 5.5726TL-ni aşağı istiqamətdə qırarsa, 5.4883TL-yə kimi də ucuzlaşa bilər.


OIL. 

Avropanın Brent markalı neftinin qiyməti 67.13$-ı yuxarı istiqamətdə qırarsa, 68.67$-a kimi də dəyər qazana bilər. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında qızıl qiymətləri 1316$-a (42.3 $/qram) kimi dəyər qazanıb və təhlillərə əsasən, tələbin daha da artması, bir unsiya üzrə qiymətin 1321 (42.5 $/qram) və 1327$-a (42.7 $/qram) kimi dəyər qazanmasına səbəb ola bilər.