Maliyyə bazarlarında son vəziyyət - 22.04.2019

22 Aprel 2019

Dünya birjalarında avro, funt və qızılda keçən həftə ərzində müşahidə edilən ucuzlaşmanın bahalaşma ilə əvəz edilə biləcəyi proqnozları diqqət mərkəzində.

Maliyyə bazarlarında son vəziyyət - 22.04.2019

EUR. 

Avrozonanın xidmət və sənaye sektorunda aprel ayı ərzində aktivliyin azalmasına dair açıqlanan fundamental göstəricilər, avronun 1.13$-da müqavimətlə rastlaşmasına səbəb olmuş və nəticədə 1.12$-a kimi 0.6% ucuzlamışdır.

Lakin təhlillərə əsasən Avrozona iqtisadiyyatı üçün 1.12$ güclü dəstək səviyyəsi hesab edilir və EUR/USD məzənnəsi yenidən 1.1247$-ın üzərində möhkəmlənərsə, 1.1292$-a kimi bahalaşa bilər.


GBP. 

GBP/USD məzənnəsində də keçən həftə ərzində 1.30$-a kimi 0.8%-lik ucuzlaşma müşahidə edilib. Lakin burada da qiymətin sonuncu səviyyədə güclü dəstək səviyyəsi ilə qarşılaşa biləcəyi və yenidən 1.31$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.


TRY. 

Türkiyədə inflyasiyanın artması valyuta birjalarında USD/TRY məzənnəsinin 5.84TL-yə kimi bahalaşmasına səbəb olub və 5.85TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.98TL-yə kimi bahalaşa bilər.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq Türkiyə mərkəzi bankının monetar siyasətinə dair yeni qərarı da investorların diqqət mərkəzindədir.


OIL. 

Dünyada neft hasilatı ölkələrində siyasi risklərin artması, neft qiymətlərinin də bahalaşmasına təsir etməkdədir. Belə ki, Avropanın Brent markalı neftinin qiyməti 74$-a ticarət edilməkdədir və 76$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Dünyada siyasi risklərin artması və dolların təzyiq altında olması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına təsir etməkdədir. Beləliklə, 1271$-da (40.9 $/qram) dəstək görən qızılın bir unsiya üzrə qiyməti, 1280$-ı (41.2 $/qram) yuxarı istiqamətdə qırarsa, 1295$-a (41.6 $/qram) kimi dəyər qazana bilər.