Maliyyə bazarlarında son vəziyyət - 30.09.2019

30 Sentyabr 2019

Bu həftə Avrozona və Türkiyədən inflyasiya, ABŞ-dan işsizlik və əmək haqları və İngiltərədən işgüzar aktivliyi indekslərinin açıqlanması önəmli olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 30.09.2019

EUR. 

Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətinin Avrozona iqtisadiyyatına dəstək ola biləcəyinə dair gözləntilərin azalması, beynəlxalq valyuta birjalarında avronun keçən həftə ərzində son iki ilin minimum səviyyələrinə kimi ucuzlaşmasına səbəb olub. Bu həftə də Avrozonadan inflyasiya (1.10, saat 13:00) və Amerikadan əmək bazarı (4.10, saat 16:30) ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar, EUR/USD məzənnəsində volatilliyi artıracaqdır. 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.10$-ın altında qaldıqca, 1.08$-a kimi də ucuzlaşa bilər. 


GBP. 

İngiltərə hökümətinin sazişsiz Breksitə gedə biləcəyi ehtimallarının gündəmdə qalması, funt sterlinqin ucuzlaşmaq da davam etməsinə səbəb olur. Foreks bazarlarında GBP/USD məzənnəsinin 1.22$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

Bununla yanaşı, çərşənbə axşamı və cümə axşamı Bakı vaxtı ilə saat 12:30-da müvafiq olaraq yayımlanacaq İngiltərənin sənaye və xidmət sektorlarında iqtisadi aktivliyi ölçən indekslər də investorların diqqət mərkəzindədir. 


TRY. 

USD/TRY məzənnəsi 5.65TL-də güclü dəstək görməkdədir və bu səviyyənin üzərində qaldıqca, yenidən 5.71 və 5.75TL-yə kimi bahalaşa biləcəyi ehtimal edilir. Ölkədə sənaye və pərakəndə satış dövriyyələrinin azalmasına dair açıqlanan mənfi fundamental göstəricilərdən sonra cümə axşamı Bakı vaxtı ilə saat 11-da dərc ediləcək inflyasiya ilə bağlı statistik məlumatlarda da pisləşmə proqnozlaşdırılır. 


OIL. 

Enerji birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. “Buğa”ların bazar ertəsi 60$-da qiymətə dəstək versələr də, bu, zəif qiymətləndirilir və 60$ aşağı istiqamətdə qırılarsa, ucuzlaşma yeni minimumlara - 57$-a doğru sürətlənə bilər. 

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Əlvan metallar bazarlarında qızıl qiymətlərində son bir həftədir korreksiya müşahidə edilir. Təhlillər ucuzlaşmanın 1461$-a (47.0 $/qram) kimi davam edə biləcəyini proqnozlaşdırmağa əsas verir. 

Qızıl qiymətlərinin ucuzlaşması Amerika ilə Çin arasında yaxınlaşmaya dair müsbət gözləntilərin artmasıdır. İki ölkə arasında ticarət böhranı son bir il ərzində qlobal siyasi və iqtisadi riskləri artırmaqla, güvənli yatırım aləti kimi qızıla olan tələbi artırmışdır.