Maliyyə bazarlarında son vəziyyət - 06.01.2020

06 Yanvar 2020

Dollara tələbin yenidən artacağı proqnozlaşdırılır. Qızıl və neft qiymətlərində də bahalaşma da sürətlənib.

Maliyyə bazarlarında son vəziyyət - 06.01.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ABŞ ilə İran arasında siyasi böhranın dərinləşməsi fonunda bahalaşmağa başlayıb. Nəticədə EUR/USD məzənnəsi də ucuzlaşmağa başlayıb və 1.12$-ın altında qaldıqca, 1.11 və 1.10$-a kimi də ucuzlaşa bilər. 

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan inflyasiy, saat 19:00-da Amerikanın xidmət sektoru və cümə günü saat 17:30-da Amerikanın əmək bazarına dair açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 


GBP. 

GBP/USD məzənnəsi də təzyiq altındadır və 1.32$-ın altında qalan funt sterlinqin, 1.29$-a kimi də ucuzlaşacağı proqnozlaşdırılır. 

Bu gün saat 13:30-da Böyük Britaniyanın xidmət sektorunda biznes aktivliyini ölçən indeksin açıqlanması da böyük maraqla gözlənilməkdədir. 


TRY. 

USD/TRY məzənnəsində bahalaşma davam edir və təhlillər qiymətin 6.05TL-yə kimi inkişaf edə biləcəyinə işarədir. 

TCMB-nin növbəti faiz azaldılması ehtimalları Türkiyənin xarici hesablaşmalarda müsbət saldosunun daha da azala biləcəyindən xəbər verdiyi üçün bu, lirənin də ucuzlaşmasına səbəb olur.


OIL. 

Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiyməti 71$-a kimi dəyər qazanıb və bu, 73$-a kimi sürətlənə bilər. 

Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.


GOLD. 

Dünyada siyasi və iqtisadi risklərin artması, dollara olan tələbi artırmaqla yanaşı, əlvan metallar bazarlarında qızılın qiymətində da bahalaşmaya səbəb olur. Beləliklə, təhlillər 1575$-ın (50.6 $/qram) üzərində təklif edilən bir unsiya üzrə qiymətin, 1625$-a (52.3 $/qram) kimi dəyər qazana biləcəyini proqnozlaşdırmağa əsas verir.