Maliyyə bazarlarında son vəziyyət - 20.01.2020

20 Yanvar 2020

EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma, neft və qızıl qiymətlərində isə bahalaşma bu həftə də treyderlərin gündəliyində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 20.01.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşmaqda davam edir. Təhlillər ucuzlaşmanın 1.10$-a kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti və açıqlanan mənfi fundamental göstəricilər əsas səbəblər arasındadır. Bununla yanaşı, ABŞ hökümətinin Çin ilə razılaşma imzaladıqdan sonra Avropaya qarşı sərt tələbləri də artmağa başlayıb. 


GBP. 

GBP/USD məzənnəsi də təzyiq altındadır və keçən həftənin minimumu qıralarsa, ucuzlaşma 1.29$-a kimi davam edə bilər. 

Çərşənbə axşamı əmək bazarı, çərşənbə günü pərakəndə satış və cümə günü ölkənin istehsal və xidmət sektorların biznes aktivliyi ilə bağlı Bakı vaxtı ilə saat 13:30-da açıqlanacaq önəmli fundamental göstəricilər, investorlar tərəfindən böyük maraqla gözlənilir. 


TRY. 

Lirədə bahalaşma müşahidə edilir və bahalaşmanın 5.78TL-yə kimi davam edə biləcəyi proqnozları da gündəmdədir. 


OIL. 

Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiymətində bahalaşma müşahidə edilir və bahalaşmanın qiymət 65$-ın üzərində qaldıqca, 68$-a kimi güclənə biləcəyi proqnozlaşdırılır. Bahalaşmaya təsir edən əsas amillər arasında Yaxın Şərqdə geosiyasi risklərin artması və ABŞ-Çin ticarət sazişinin imzalanması da önəmli rol oynayır. 

Cümə axşamı saat 20:00-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir. 


GOLD. 

Dünyada siyasi və iqtisadi risklərin mövcudluğu, əlvan metallar bazarlarında qızıla olan tələbin aktual səviyyələrdə qalmasına səbəb olur. Belə ki, bir unsiya üzrə qiymətdə keçən həftə müşahidə edən bahalaşma 1584$-a (50.9 $/qram) kimi də davam edə bilər. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%