Maliyyə bazarlarında son vəziyyət - 24.02.2020

24 Fevral 2020

Bu həftə dünyada getdikcə yayılan virusun, son aylarda verdiyi iqtisadi zərərlərə dair fundamental göstəricilər və açıqlamalar diqqət mərkəzində olacaqdır.

Maliyyə bazarlarında son vəziyyət - 24.02.2020

EUR. 

Beynəlxalq valyuta birjalarında koronavirusunun iqtisadi zərərlərinə dair narahatlıqlar fonunda dollara olan tələb yüksək olaraq qalır. Lakin son günlər Çindən yeni yoluxanların sayında azalmaya dair müsbət xəbərin açıqlanmasından sonra dollarda ucuzlaşma müşahidə edilir və ucuzlaşma korrektiv qiymətləndirilsə də dərinləşə bilər. 

Beləliklə, EUR/USD məzənnəsində də şahidi olduğumuz bahalaşma, 1.09$-a kimi davam edə bilər. 


GBP. 

GBP/USD məzənnəsi də 1.29$-da dəstək görərək, bahalaşmağa başlayıb və bahalaşma 1.31$-a kimi davam edə bilər. Bununla yanaşı, enerji birjalarında neft qiymətlərində bahalaşma da funtun qiymətinə müsbət təsir edə biləcəyi ehtimal edilir. 


TRY. 

Lirə ucuzlaşmaqda davam edir və təhlillər USD/TRY məzənnəsinin 6.15TL-yə kimi bahalaşa biləcəyini ehtimal etməyə əsas verir. 

Lirənin ucuzlaşmasına səbəb isə TCMB-nin faiz azaldılması siyasətidir və digər tərəfdən inflyasiyada da yenidən artım müşahidə edilir. 


OIL. 

Enerji birjalarında neft qiymətləri yenidən bahalaşmağa başlayıb. Son iki həftədir 13% dəyər qazanan Avropanın Brent markalı neftinin bir barel qiyməti, 55$-ın üzərində qaldıqca, bahalaşmaqda davam edəcəyi proqnozlaşdırılır. 

Çərşənbə günü saat 19:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir. 


GOLD. 

Əlvan metallar birjalarında qızılın bir unsiya üzrə qiyməti 1681$-a kimi dəyər qazandıqdan sonra ucuzlaşmağa başlayıb və qiymət sonuncu səviyyənin altında qaldıqca, daha dərin səviyyələrə - 1608$-a kimi korreksiya edə biləcəyi ehtimal edilir.